21.02.2018-ci il tarixdə xocalıların müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində şəhid aiələri ilə görüş keçirildi. Görüşdə Xocalı rayon İHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayonun müəssisə, idarə rəhbərləri, şəhid ailələri iştirak etdilər. Xocalı rayon İHB-nın müavini Lamiyə xanım Qarayeva çıxış edərək 26 il əvvəl Xocalıda törədilən soyqırımın insanlıq əleyhinə qarşı törədilmiş ən ağır cinayət olduğunu qeyd etdi. Şəhidlərimizə Allahdan rəhmət dilədi. Dövlətimiz və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə olan diqqət və qayğını yüksək qiymətləndirdi.
Sonra şəhid ailələrinə gündəlik tələbatı ödəyən azuqələr paylanıldı.
Sonda şəhid ailələri onları narahat edən problemlərdən söz açdılar. Lamiyə Qarayeva problemləri dinlədi və həll olunmasını üçün müvafiq tədbirlər görüləcəyini bildirdi.